"Zirə" Vladislav Kulaçla yollarını ayırıb.
Ukraynanın "Sport.ua" nəşri Sportinfo.az-ın dünən yaydığı məlumatı təsdiqləyib
Bildirilib ki, 2023-cü ilin əvvəlində qəsəbə təmsilçisinə keçən 30 yaşlı hücumçu azad agent statusu alıb.
Vladislav Kulaç "Zirə"nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb. O, bu müddətdə 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əslində, ukraynalı forvardın müqaviləsi mövsümün sonunda başa çatırdı.
Lakin Premyer Liqa təmsilçisi onu vaxtından əvvəl düşərgədən göndərmək qərarını verib. İki aylıq məvacibini ödəmək şərtiylə.
Kulaç indi “transfermarkt.de” portalında azad agent kimi göstərilir. O, Azərbaycana gələnə qədər “Şaxtyor”, “Stal”, “Eskişehirspor”, “Zarya”, “Vorskla”, “Honved”, “Dinamo”da (Kiyev) forma geyinib.

