,Cənubi Koreya klubunun hücumçusu yenidən Azərbaycanda!

3 Yanvar 2024 17:45 Zirə 3 457
,Cənubi Koreya klubunun hücumçusu yenidən Azərbaycanda!

Vladislav Kulaçla vidalaşan “Zirə” onun yerini doldurmağa gecikməyib.

Kiyev «Dinamo»sunun sabiq hücumçusu ilə müqaviləni ləğv edən «qartallar» bu mövqeni tanış simayla gücləndirib.

Qəsəbə təmsilçisi ötən ilin yayında “Qəbələ”dan ayrılmış Rafael Utrixlə anlaşıb.

Braziliyalı forvard həftəsonuna kimi Azərbaycana gələcək və tibbi baxışdan keçəcək. Sağlıq durumunda bir problem aşkarlanmasa, onunla 1,5 illik müqavilə bağlanacaq.

Rafael Utrix 2020-2022-ci illərdə “Qəbələ”də çıxış edib.

2020-ci ilin yayından əyalət təmsilçisinin heyətində meydana çıxdığı üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.

«Sambaçı» geridə qalan 6 ayı Cənubi Koreyada başa vurub. Cənubi amerikalı «Çanqam Asan»ın heyətində birinci liqada forma geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA