Kiyev “Dinamo”sunun hücumçusu Azərbaycandan yola salındı – SON DƏQİQƏ

3 Yanvar 2024 12:20 Zirə 5 939
Kiyev “Dinamo”sunun hücumçusu Azərbaycandan yola salındı – SON DƏQİQƏ

“Zirə” ötən ilin yanvarında sıralarına qatdığı Vladislav Kulaçla vidalaşıb.

Qəsəbə klubunun 2023-cü ildə etdiyi ilk tranfser kimi tarixə düşən ukraynalı hücumçunun müqaviləsinə birtərəfli qaydada xitam verilib.

31 yaşlı legionerin kontraktı, əslində, bu ilin yayında qüvvədən düşəcəkdi. Amma onun tez-tez zədələnməsi və bundan dolayı az-az meydana çıxması, məhsuldarlığının aşağı düşməsi “qartallar“ı belə bir qərar verməyə məcbur edib.

Baxmayaraq ki, sarışın forvard qətiyyən buradan ayrılmaq niyyətində olmayıb. Anlaşmanı pozmaqla əlaqəli ilk iki təklifi də geri çevirib.

Vladislav Kulaçın son klubu “Dinamo” (Kiyev) olub. O, ölkəsinin “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, həmçinin, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” komandalarında çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!