Buradan narazı ayrılan milli üzvü: "Xatirələr heç vaxt ölməyəcək”

3 Yanvar 2024 14:00 Zirə 1 741
Buradan narazı ayrılan milli üzvü: "Xatirələr heç vaxt ölməyəcək”

Azərbaycan Premyer Liqasında qış fasiləsinin ilk transferi Ceyhun Nuriyev oldu.

“Sabah”ın 21 yaşlı yarımmüdafiəçisi karyerasını “Zirə”də davam etdirməyə qərar verdi.

Təklif olunan yeni müqavilə şərtləri ilə razılaşmayan vinger Masazır klubunun rəhbərliyinin qəzəbinə tuş gəlmişdi.

O, bu səbəbdən 2 aydan artıq müddəti əvəzedici komandada keçirməli oldu.

Bundan sonra ayrılmağa qərar verən Nuriyevi heyətində görmək istəyən çox klub vardı.

Amma tələb olunan 100 min manatlıq təzminat haqqını sonda yalnız “Zirə” ödəməyə razılaşdı.

Düşünmək olardı ki, Ceyhun “Sabah”la bağlılığı qopandan sonra sabiq komandasına qarşı hirsli olacaq.

Ən yaxşı halda bir də “Sabah” səhifəsini xatırlamayacaq.

Lakin gənc futbolçu narazılıqla ayrıldığı klubdan yalnız xoş xatirələrini dilə gətirib.

O, ürək sözlərini öz sosial şəbəkə hesabından yazıb:

“Sabah” bağlı ürəyimdə saxlayacağım unudulmaz xatirələrimlə sona çatırdı. Həm meydanda, həm də meydandan kənarda çoxlu xatirələr paylaşdığım komanda yoldaşlarım heç vaxt unudulmayacaq.

Bu yolda mənə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Burada çoxlu təcrübə qazandım. Xatirələr heç vaxt ölməyəcək”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA