Braziliyalı forvardın Premyer Liqamızda fırtına kimi əsməsinə nə mane olur?

1 Yanvar 2024 20:20 Zirə 882
Braziliyalı forvardın Premyer Liqamızda fırtına kimi əsməsinə nə mane olur?

Filipe Paxtman adı gələndə yəqin ki, "Zirə"də hər kəs daş atıb başını tutur.

Braziliyalı forvard paytaxt klubunu özünün şəxsi hospitalına çevirib.

Sayını unutduğumuz sayda zədələr alan 23 yaşlı legioner gününü reabilitasiyalarda keçirir.

Qayıdışı bəzən bir oyun belə çəkmir.

Düzdü, istedadlı hücumçudur. Lakin zədələnmək "bacarığı" onun istedadını arxa plana atır.

Lakin əvvəlki mövsümlərlə müqayisədə bu sezon "qartallar"ın Paxmandan çox yaxşı faydalandığını deyə bilərik.

"Yarımcan" hücumçu Premyer Liqanın 6 oyununda cəmi 239 dəqiq meydanda olub. Və bu matçlarda komandasının 2 vacib qələbəsində önəmli rol alıb.

O, "Səbail"lə ağır səfər görüşünün 81-ci dəqiqəsində meydana çıxıb və 82-ci dəqiqədə vurduğu qolla 3 xalı təmin edib - 2:1.

"Turan Tovuz"la görüşdəki 2:1 hesablı qələbədə isə onun birinci qolda etdiyi asist az faydalı olmayıb.

7 nömrə ölkə kubokda 11 dəqiqə oynamaq fürsəti əldə edib və həyati əhəmiyyətli qolun müəllifi olub.

Belə ki, 81 dəqiqə "Turan Tovuz" hesabda 1:0 öndə olub. Məhz 79-cu dəqiqədə meydana çıxan Paxtman cəmi 2 dəqiqə sonra bərabərlik qolunu vurub.

Onun qolu qarşılaşmada dönüş nöqtəsi olub. Sona yaxın daha bir qol vuran "Zirə" mərhələ adlayan tərəf olub.

Göründüyü kimi, zədələr burulğanında belə cənubi amerikalı öz bacarığını ortaya qoya bilir. Görün, o tam sağlam olsa nələr edər.

Bəlkə də aldığı silsilə zədələr onun Azərbaycan Premyer Liqasında fırtına kimi əsməsinə ən böyük maneədir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA