Bu ölkənin ən perspektivli futbolçusunu Azərbaycandan hansı klublar istəyir?

20 Dekabr 2023 09:40 Zirə 2 027
Bu ölkənin ən perspektivli futbolçusunu Azərbaycandan hansı klublar istəyir?

Nikaraqua millisinin və yerli “Real Esteli”nin cinah oyunçusu Vidman Talavera karyerasını Azərbaycanda davam etdirə bilər.

20 yaşlı vinger bu qış ölkəmizə gəlmək imkanına sahibdir.

Talavera Nikaraquada ən perspektivli futbolçulardan hesab olunur. Klub onu saxlamaq istəsə də, özü ölkə xaricinə çıxmaq niyyətindədir.

2022-ci ildən Nikaraqua millisinə çağırılan Vidman Talavera 9 oyunda iştirak edib, hesabına 1 qol yazdırıb.

Azərbaycan və Misir klubları sol cinah yarımmüdafiəçisi uğrunda mübarizə aparır.

Afrikalı Premyer Liqamızın bir neçə təmsilçisinə təklif olunub. Onun xidmətinə maraq göstərənlər isə “Zirə“ və “Araz-Naxçıvan“dır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti