"Neftçi" ilə müqaviləsini pozdu, bu klubdan 350 min dollar istədi

18 Dekabr 2023 16:00 Zirə 3 423
"Neftçi" ilə müqaviləsini pozdu, bu klubdan 350 min dollar istədi

"Neftçi"dən ayrılan Kenni Sayefin "Zirə"yə keçidi sual altına düşüb.

Şəxsi səbəblərə görə "ağ-qaralar"ı tərk etdiyi bildirilən 29 yaşlı vingerin "qartallar"la apardığı danışıqlarda maliyyə şərtlər ön plana çıxıb.

Belə ki, israilli qəsəbə təmsilçisindən illik 350 min dollar istəyir.

Kenni Sayef 2022-ci ilin yayından "Neftçi"də çıxış edirdi. Yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun sözləşməsi gələn ilin yayında bitəcəkdi.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov isə onunla maraqlanmadıqlarını bildirib: "Sayef hazırda bizim transfer siyahımızda yoxdur".

ABŞ vətəndaşı olan İsrail əsilli 29 yaşlı sol cinah oyunçusu İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.

O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub.

İsrailin aşağı yaş yığmalarında da forma geyinib. Bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!