Rəşad Sadıqov sözündən geri çəkilmədi: ”Başımızın bəlası budur” - VİDEO

18 Dekabr 2023 00:50 Zirə 367
Rəşad Sadıqov sözündən geri çəkilmədi: ”Başımızın bəlası budur” - VİDEO

Premyer Liqanın 16-cı turunun “Turan Tovuz” - “Zirə” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, konfransda R.Sadıqovla jurnalistlər arasında maraqlı dialoq yaşanıb.

Sadıqov komandasının müdafiə futbolu oynaması barədə fikirləri qəbul etməyib və bununla bağlı müzakirəyə hazır olduğunu söyləyib.

O, həmçinin deyib ki, Azərbaycan futbolunun savadlı təhlilə ehtiyacı var:

:“Gərgin matçın şahidi olduq. Qoldan sonra oyunun gedişatı dəyişdi. Meydanda taktiki savaş gedirdi. Ani diqqətsizlikdən qol buraxdıq.

Bundan sonra üstünlük bizim tərəfə keçdi. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik.

Bərabər səviyyəli oyun gedirdi. Qol vuran qalib gələcəkdi. Artıq bu oyun geridə qaldı, növbəti matça hazırlaşacağıq.

Qarşıda bizi “Turan Tovuz”a qarşı kubok matçı da gözləyir. Qısa müddətdə eyni rəqiblə oynamaq heç bir komandaya xoş deyil.

Kubokda ən çətin rəqib bizə və “Kəpəz”ə düşüb. Vaxtımız azdır. Rəqibin əhval-ruhiyyəsi yüksək olacaq. Ancaq biz oyuna köklənəcəyik. “Turan Tovuz” səfərdə daha yaxşı oynayır. Hər hansı üstünlüyümüz olmayacaq.

Qışda hücum xəttinə mütləq şəkildə transfer etməliyik. Başqa mövqeləri də gücləndirə bilərik. Mən müdafiə futbolu oynatmıram. Ola bilər ki, “Sabah” və ya “Qarabağ”a qarşı müdafiə olunmuşuq. Digər rəqiblərlə matçlarda müdafiə futbolu oynamamışıq. Qol vura bilmirik, bu, başqa məsələdir. Bunun üzərində işləyirik. Göstərdiyimiz oyunla nəticə arasında balans düzgün deyil. Oyun 1-2 epizodla şərh olunmamalıdır. Mən nəticəyə hesablanmış futbol oynatmıram. Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki. Biz arxada ötürmə ilə oynamağı xoşlayırıq. Mənim oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur. İlk dəfədir ki, bu gün 3 mərkəz müdafiəçisi ilə oynadıq. Bu da rəqibə uyğun idi. İstəyərəm ki, epizodları təhılil edək, statistikaya baxaq. 17 oyunun 11-12-də hücum futbolu oynamışıq. Meydanda heyətimiz də hücumameyilli olub. Bu fikir bilirsiz haradan yaranıb? 1-ci yerdə gedirik deyə, daha baxımlı oyun gözləyirlər. Biz buna hazır deyilik. “Qarabağ”, “Sabah”la hücum futbolu oynaya bilmərik. Mən müdafiə futbolu oynasaydım indi 8 yox, 3 qol buraxardıq. Qapıçılarımız, müdafiəçilərimiz etibarlı oynayır.

Dörd oyundur ki, qələbə qazanmırıq. Məğlubiyyətə layiq deyildik. Yaratdığımız qol epizodlarından istifadə edə bilmirik. Başımızın bəlası budur”.

Digər Xəbərlər
Xəbər Lenti