Premyer Liqa klubundan sürətli qatar seçimi

16 Dekabr 2023 09:40 Zirə 715
Premyer Liqa klubundan sürətli qatar seçimi

Premyer Liqanın 17-ci turunda "Zirə" səfərdə "Turan Tovuz"un qonağı olacaq.

"Qartallar" Bakıdan Tovuza yollanmaq üçün gözlənilməz, bir qədər fərqli seçim edib.

İndiyə qədər paytaxt təmsilçilərinin uzaq səfərlərə kluba məxsus avtobus və ya təyyarə ilə yollandığının şahidi olsaq da, sürətli qatar seçimini görməmişdik.

"Zirə" Tovuza məhz bu yolla - Bakı - Ağstafa qatarı ilə yollanıb.

Bu addımı atmaqda məqsəd mənzil başına təhlükəsiz və rahat çatmaqdır.

Futbolçular və məşqçilər heyəti ilə yanaşı, klubun rəsmi şəxsləri də məhz qatara üstünlük verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!