Azərbaycan klubunda çıxış edən “İnter”li: "Bizim də öz məqsədimiz var"

13 Dekabr 2023 21:00 Zirə 584
Azərbaycan klubunda çıxış edən “İnter”li: "Bizim də öz məqsədimiz var"

«Azərbaycan çempionatının səviyyəsi səni qane edir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin legioneri Pyer Zebli deyib.

Mövsümlərarası fasilədə ölkəmizə təşrif buyuran Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Premyer Liqada gedən rəqabətdən xoşlandığını bildirib:

«Çempionatın necə gərgin keçdiyini hamı görür. Komandaların səviyyəsi aşağı-yuxarı bir-birinə yaxındır.

Bizim də öz məqsədimiz var. Turnir cədvəlinin yuxarı yerlərində olmaq, avrokuboklara vəsiqə qazanmaq istəyirik.

Geridə qalan turlarda yaxşı nəticələr əldə etmişik. İnanıram ki, yolumuza belə də davam edəcəyik. Çünki komandamız və məşqçilərimiz güclüdür».

26 yaşlı afrikalı «qartallar»la 2+1 illik müqavilə bağlayıb. O, karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.

Zebli “İnter” akademiyasının yetirməsi olsa da, əsas komandada çıxış etməyib. 2016-cı ildə Fil Dişi Sahilinin U-20 yığmasında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti