“Qarabağ” haqda düşünəcəyik, bunlar olmasaydı...”

12 Dekabr 2023 21:20 Zirə 414
“Qarabağ” haqda düşünəcəyik, bunlar olmasaydı...”

“Zirə”nin legioneri Stefan Aka Sportinfo.az-a müsahibə verib.

Fil Dişi Sahilindən olan 33 yaşlı müdafiəçi komandasının “Araz-Naxçıvan”la qolsuz başa çatan görüş haqda sualları cavablandırıb.

- Qələbə qazanmağınıza nə mane oldu? Səncə, 3 xala hansı komanda daha layiq idi?

- Fikrimcə, bərabərsəviyyəli oyun alındı. Düzdür, oyuna yaxşı başlamadıq. Lakin sonradan toparlanaraq vəziyyəti xeyrimizə dəyişməyi bacardıq. Hətta qol vurmaq üçün bir neçə dəfə əlverişli imkanlarımız da oldu. Xallarımızın üstünə 1 xal da əlavə etdik. Növbəti görüşləri düşünməliyik.

- Sanki həyəcanlı idin. 1-2 epizodda ötürmə səhvləri ilə diqqət çəkdin. Nə baş vermişdi?

- Səhvlər oyunun bir hissəsidir. 90 dəqiqənin heç bir səhvsiz başa vurmaq çətindir. Önəmli olan nöqsanlardan nəticə çıxarıb, onları təkrarlamamaqdır.

- “Zirə”nin son 3 oyunu qələbəsiz başa vurmasını nə ilə əlaqələndirə bilərsən?

- Nə iləsə əlaqələndirməyə gərək duymuram. Son 3 oyunu güclü və iddialı rəqiblərə qarşı keçirmişik. Önəmli odur ki, layiqli futbol sərgiləmişik, çox sayda qol epizodları yaratmışıq. Bunlar olmasaydı, nəsə haqqında danışmaq olardı. Qələbə qazanmaq üçün meydanda əlimizdən gələni edirik. Lakin bütün görüşləri qalib başa vurmaq mümkün deyil.

- Növbəti turda sizi çətin Tovuz səfəri gözləyir, daha sonra “Qarabağ”a qarşı mübarizə aparacaqsınız. Qış fasiləsinə ardıcıl 2 qələbə ilə yollanmaq real görünür?

- Həyatda hər şey mümkündür. Bu dəqiqə bütün fikrimizi “Turan Tovuz”la oyuna yönəltmişik. Bu qarşılaşma başa çatandan sonra “Qarabağ” haqda düşünəcəyik. Bacardıqca daha çox xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!