Rəşad Sadıqov bu iki futbolçudan canını qurtarmalıdır

11 Dekabr 2023 15:00 Zirə 1 578
Rəşad Sadıqov bu iki futbolçudan canını qurtarmalıdır

Millinin son oyunlarına çağırılmayan Rüstəm Əhmədzadə indi yaxşı formadadır.

Dayanmır bir yerdə, üstünə qoya-qoya gedir.

Rəşad Sadıqovu onu yenidən yığmaya qazandıracaq. «Qarabağ»dan icarəyə götürülmüş hücumçunun özündə də belə bir istək var və tempi aşağı salmasa, Qurban Qurbanovu onu yayda hazır şəkildə geri qaytaracaq.

Axır həftələrin «Zirə»si ürəkaçıcıdır. Komandada ümumi artım göz qabağındadır.

Düzdür, bu aralar qələbə qazana bilməyiblər, amma çox da narahat olmağa dəyməz. Baxımlılıq və sürət artıb, hücum planında irəliləyiş görməkdəyik.

«Zirə» oyun mənasında həm «Neftçi»yə, həm də «Araz-Naxçıvan»a qalib gəlməli idi. Xeyli sayda qol fürsətini havaya sovurdular.

Rəşad Sadıqov qışda bu zonaya da güc qatsa, «Zirə» top kimi komanda olacaq. Felipe Paxtman və Vyaçeslav Kulaç kimi forvardlar onu tez-tez yarıyolda tək buraxır.

Dəqiqəbaşı zədələnirlər. Yanlarından yel keçən, soyuducunun qapağı açılan kimi özlərini verirlər həkim otağına.

Sadıqov bugünə kimi birinə güldən ağır söz söyləməyib, amma nəvaxtadək? Onların ipiylə həmişə quyuya enməyəcək ki?!

Bu adlarla vidalaşıb, yeniləri gətirməlidir. Və yəqin ki, qarşıdakı həftələrdə bunu da edəcək.

«Səni istəyirəm, amma komandanı səndən də çox istəyirəm» prinsipi Sadıqov üçün öncəlik təşkil eləyir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti