Stadiona gələnləri sevindirən xəbər – Sərf etsə, yenə gələcək: FOTOLAR

10 Dekabr 2023 22:00 Zirə 1 771
Stadiona gələnləri sevindirən xəbər – Sərf etsə, yenə gələcək: FOTOLAR

“Zirə”nin ev oyunlarına gələn azarkeşlərin intizarına son qoyulub.

Stadiona gələn şəxslər bundan sonra qida və içki məhsullarını İdman Kompleksinin ərazisindən əldə edə biləcək.

Əvvəlki dönəmdə futbola baxmağa gələnlər susuzluğunu və ya aclığını qarşılamaq üçün uzun yol qət edib marketə baş çəkməli olurdusa, artıq buna gərək yoxdur.

Kompleksin həyətində, başqa cür desək, azarkeşlərin girib-çıxdığı qapının yaxınlığında səyyar satış məntəqəsi quraşdırılıb.

“Araz-Naxçıvan”la oyunda ilk dəfə “Zirə”yə gətirilən “mobi trak” müştərilərin xidmətindəydi. Oyundan əvvəl məntəqənin qarşısında sıxlıq müşahidə olunmasa da, hissələrarası fasilədən vur-çatlasın idi.

Kəmərinin altını bərkitmək istəyənlərə köftə, dönər, hotdoq, kartof qızartması (fri), naqqets təklif olunur. Canını içki ilə isitmək istəyənlər çay və kofedən yararlana bilər.

Vitrində digər içki növlərindən ayran, adi su və qazlı şirələr də mövcuddur.

Budəfəki satış test üçün idi. Stadiondakı tələbat sahibkar(lar)ı qane etsə, “butka” “Zirə”nin növbəti ev oyunlarında da “iş başında” olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA