”Neftçi”yə məğlubiyyətin bizə təsir edəcəyini düşünmürəm”

9 Dekabr 2023 16:40 Zirə 422
”Neftçi”yə məğlubiyyətin bizə təsir edəcəyini düşünmürəm”

İki həftə öncəyə qədər Premyer Liqanın turnir cədvəlinə başçılıq edən “Zirə” son 2 oyunu qələbəsiz başa vurmaqla yadda qaldı.

“Sumqayıt”la səfər qarşılaşmasında qeydə alınan qolsuz bərabərliyiin ardınca “qartallar” qonaq qismində bu dəfə “Neftçi”yə boyun əydi – 0:1.

Növbəti rəqib də kifayət qədər təhlükəlidir. Debütant olmasına baxmayaraq, cari mövsümdə “Qarabağ” və “Neftçi” kimi rəqiblərini məğlub edən, “Sabah”la bərabərə qalan “Araz-Naxçıvan”.

Üstəlik, Muxtar Respublika təmsilçisi çempionatın ilk dövrəsində öz meydanında zirəliləri də udmağı bacarıb.

“Araz-Naxçıvan”ın iddiası, üstəgəl, “Zirə”nin son 2 matçda qələbəyə həsrət qalması dekabrın 9-da baş tutacaq oyuna marağı 1-ə 5 artırıb.

Komandanın əsas fiqurlarından olan Məqsəd İsayev Sportinfo.az-a açıqlamasında qarşıdakı görüş haqda fikirlərini dilə gətirib:

“Dediyiniz oyunlarda qalib gələ bilməsək də, komandamızın ümumilikdə xoş təsir bağışladığını düşünürəm. “Neftçi”ylə qarşılaşmada çox sayda qol epizodları yaratdıq.

Məğlubiyyətin “Araz-Naxçıvan”la oyuna təsir edəcəyini düşünmürəm. Futbol belədir, udmaq da var, uduzmaq da. Ötən oyunları unudub, qarşıdakı sınağa hazırlaşmalıyıq.

Sözsüz, bizi çətin oyun gözləyir. Meydana yalnız qələbə üçün çıxacağıq”

“Zirə” 15 oyundan 28 xal toplamaqla ikinci pillədə qərarlaşıb ki, ən yaxın izləyiciləri “Sumqayıt”la “Səbail”i 5 xal qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!