“Zirə“nin “Neftçi”yə məğlubiyyətinin 2 səbəbi bilindi

5 Dekabr 2023 21:20 Zirə 913
“Zirə“nin “Neftçi”yə məğlubiyyətinin 2 səbəbi bilindi

Premyer Liqanın 15-ci turu “Zirə” üçün düşərli olmadı.

Ötən tur “Sumqayıt”la qolsuz bərabərə qalaraq liderliyi “Qarabağ”a təhvil verən “qartallar” bu dəfə “Neftçi” səfərindən əliboş döndü.

Gərgin və maraqlı qarşılaşmada zirəlilər məğlubiyyətdən qaçmaq üçün kifayət qədər real qol imkanları yaxalasa da, topu tora qovuşduran tapılmadı – 0:1.

Komandanın əsas heyət üzvlərindən olan Məqsəd İsayev Sportinfo.az-a açıqlamasında komandasının yenilgisini şərh edib:

“İddialı rəqibə qarşı oynayırdıq. Buna baxmayaraq, çox yaxşı oynadığımızı və mübarizə apardığımızı düşünürəm.

Xeyli sayda qol imkanları yaratsaq da, dəyərləndirə bilmədik. Bu cür oyunlarda ələ düşən ən kiçik şansı belə dəyərləndirmək lazımdır.

Əvəzində, rəqibin “çərçivə”yə yeganə zərbəsi qolla nəticələndi. Yenilgini bəxtsizliklə əlaqələndirirəm”.

Məğlubiyyətə baxmayaraq, 28 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Zirə” özündən sonrakı rəqiblərini – “Səbail”lə “Sumqayıt”ı 5 xal qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!