"Qarabağ"dan sonra bu klub da fikrini dəyişdi – SON DƏQİQƏ

25 Noyabr 2023 16:00 Zirə 4 319
"Qarabağ"dan sonra bu klub da fikrini dəyişdi – SON DƏQİQƏ

«Zirə»nin qış planı dəyişib.

Avrokuboklar uğrunda mübarizə aparan qəsəbə təmsilçisi Türkiyədə təlim-məşq toplanışı keçməyi lazım bilməyib.

Premyer Liqanın lideri qarşıdakı aylar ərzində Bakıdan kənara çıxmayacaq. «Qartallar» yanvar ayında burada 3 yoxlama görüşünə çıxacaq.

Sparrinqlərdən biri artıq məlumdur – «Qarabağ». Bəli «köhlən atlılar» da qış fasiləsini Azərbaycanda keçirəcək.

Həmişə dövrələrarası və mövsümlərarası fasilə zamanı ölkə xaricinə üz tutan Ağdam klubu bu dəfə Bakıda qalacaq.

Kollektiv Suraxanıda yerləşən bazasında məskunlaşacaq və 1-2 yoxlama görüşündə qüvvəsini sınamaqla kifayətlənəcək.

Niyə belə?

Qurbanovun bunun üçün 2 səbəbi var. Birincisi, təqvimin sıxlığıdır. Belə ki, «Qarabağ» Premyer Liqa ilə yanaşı, Avropa Liqasında mübarizə aparır.

Üstəlik, komandanın əksər oyunçuları müxtəlif millilərə dəvət alır. Ümumi yorğunluğu nəzərə alan təcrübəli mütəxəssis futbolçularına 2 həftəlik istirahət verməyi planlaşdırıb.

İkinci səbəb Peşəkar Futbol Liqasının (PFL) müəyyənləşdirdiyi qrafikdir. Belə ki, Premyer Liqa təmsilçiləri dekabrın 22-də qış tətilinə çıxacaq.

Əvvəlki mövsümlərdə dövrələrarası fasilədə fevralda bitiodisə, PFL bu dəfə aranı xeyli qısaldıb. Liqanın ikinci yarısı yanvarın 21-də start götürəcək.

Başqa sözlə, komandaların istirahət və şazırlıq üçün 1 aydan da az vaxtı olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti