“Üzücü məğlubiyyət oldu.
Düzdür, qarşılaşma bol qollu alındı, yqin ki, azarkeşlər oyunu bəyəndilər”.
bu sözləri “Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan Premyer Liqasının sonuncu – 33-cü turunda “Araz-Naxçıvan”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Məğlubiyyətə baxmayaraq, o, qarşılaşmanın tempinin yüksək olduğunu bildirib:
“Turnir cədvəli baxımından matçın önəmi yox idi. Bununla belə, mövsümün son matçı olduğu üçün qalib gəlmək istəyirdik.
Oyun gedə-gedə də hiss edirdin ki, temp yüksəkdir. Sanki avrokubok matçı idi”.

