Premyer Liqa təmsilçsində 13-cü gediş - SON DƏQİQƏ

4 İyul 2023 14:00 Zirə 1 948
Premyer Liqa təmsilçsində 13-cü gediş - SON DƏQİQƏ

Mövsümlərarası fasilədə “Zirə”dən ayrılan futbolçuların sayı 13-ə çatıb.

Son olaraq Slavik Alxasov düşərgəni tərk edib.

Ötən ilin yayında “Sabah”dan dəvət olunan cinah müdafiəçisi əsas heyətə düşmək uğrumda rəqabətə davam gətirmədiyi üçün Rəşad Sadıqov tərəfindən əvəzedici komandaya göndərilib.

Ötən sezon nadir hallarda meydana ayaq basan millinin sabiq üzvünün birillik müqaviləsinin hələ qüvvədə olmasını xatırladaq.

Qəsəbə təmsilçisi ondan öncə əvvəl Coşqun Diniyev, Mehdi Cənnətov, Hamidu Keyta, Mirsaib Abbasov, Mois Adileu, Loris Broqno, Cəlal Hüseynov, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui, Donald Gerye və Nemanya Andelkoviçlə vidalaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA