Azərbaycandan getdi, Rusiyada yeni “ev”ə köçdü

2 İyul 2023 21:40 Zirə 1 878
Azərbaycandan getdi, Rusiyada yeni “ev”ə köçdü

“Zirə”dən ayrılan Nemanya Andelkoviç özünə yeni klub tapıb.

2021-ci ilin yanvarından bu ilin iyununadək Azərbaycanda çıxış etmiş serbiyalı legioner Rusiyaya üz tutub.

O, birinci liqada yarışan “Akron”la müqavilə imzalayıb.

25 yaşlı müdafiəçinin ruslarla anlaşma müddəti 1 ildir.

O, Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor”da çıxış edib.

Nemanya bu ilin yanvarında qarşılıqlı razılıq əsasında “Zirə”dən ayrılmışdı. Buradan Rusiyaya yollansa da, “Kuban”la anlaşa bilməmişdi.

Qəsəbə təmsilçisi onu bir də martda geri qaytarmışdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA