Rəşad Sadıqov: “Mən bu gün sevinirəm ki...”

2 İyul 2023 18:10 Zirə 1 344
Rəşad Sadıqov: “Mən bu gün sevinirəm ki...”

“Bolqarıstandan təklif gələndə, öncə məçqçinin fikirləri ilə maraqlandım.

Yalnız ondan sonra qərar qəbul etdim ki, o, getməlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, “Arda”ya keçən Cəlal Hüseynovdan danışıb. Gənc mütəxəssis Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayan komandanın müdafiəçinin transferini dəyərləndirib:

“İstər klubun, istərsə də biz məşqçilərin onun üzərində əziyyətimiz olub. Bu gün sevinirəm ki, mənim zamanımda debüt edən futbolçu bu gün ölkə xaricinə gedir və əsas milliyə cəlb olunur.

Məşqçi üçün işi önəmlidir: Bir oynatdığın komandada verdiyin nəticələr, digəri də yetişdirdiyin futbolçular.

Xüsusilə vacibdir ki, sənin yanında futbolçular nə dərəcədə inkişaf edir. İnşallah, Cəlal üçün uğurlu seçim olar.

Bolqarıstan daha yaxşı olkələrə getmək üçün tramplin rolunu oynayar. Bizdə belə bir fikir var ki, ilk addımdan mütləq ciddi bir ölkəyə getməliyik. Amma bu məsələ belə olmur.

Bəzən müəyyən ölkələrə böyük diqqət olur və oradan inkişaf üçün yaxşı tramplin kimi istifadə etmək olar.

Düçünürəm ki, Cəlal üçün də Bolqarıstan çempionatı gələcək baxımından yaxşı bir tramplin rolunu oynayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA