Ölkəsindən təklif aldı, Azərbaycan klubuna “getmək istəyirəm” söylədi

29 İyun 2023 14:00 Zirə 3 944
Ölkəsindən təklif aldı, Azərbaycan klubuna “getmək istəyirəm” söylədi

Ötən ilin avqustunda "Zirə" ilə 2 illik müqavilə imzalayan

Andriya Lukoviç yaxın günlərdə Azərbaycandan ayrıla bilər.

Serbiyalı legioner ölkəsindən yeni təklif alıb və bu haqda klub rəsmilərini məlumatlandırıb.

Qəsəbə təmsilçisində əsas heyətə düşməyə çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi vətəninə qayıtmaq niyyətindədir.

“Qartallar” da bu ayrılığın əleyhinə deyil və kontraktı qarşılıqlı razılşama əsasında pozmağa hazırdır.

Lukoviçin son klubu Portuqaliyada “Belenenseş” olub. Daha əvvəl ölkəsində "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşada "Rakuv", Portuqaliyada "Famalikan"ın formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti