“Zirə” ilə razılığa gəldilər

28 İyun 2023 23:40 Zirə 1 525
“Zirə” ilə razılığa gəldilər

“Kəpəz”lilər üçün istirahət müddəti başa çatıb.

Qərb təmsilçisi iyunun 26-da növbəti mövsümün hazırlıqlarına start verib.

Növbəti mövsümə ölkə daxilində hazırlaşacaq Azər Məmmədovun yetirmələri bu müddətdə yoldaşlıq görüşləri keçirəcək. Təbii ki, Premyer Liqa təmsilçiləri ilə.

“Kəpəz”in ilk rəqibi haqda məlumat vermişdik. İyulun 7-dəki komandanın adı məlumdur – “Səbail”.

Artıq növbəti sınaqçı-rəqibin adına da aydınlıq gəlib. “Zirə” ilə aparılan danışıqlar müsbət həllini tapıb. Gəncəlilərlə zirəlilər arasındakı yoldaşlıq oyunu iyulun 14-də Bakıda baş tutacaq.

Lakin görüşün başlama vaxtı və məkanı hələ ki, bilinmir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA