“Zirə”də yeni təyinat gerçəkləşib.
Klubdan Sportinfo.az-a verilən məlumata görə, Qəsəbə təmsilçisi yeni vitse-prezidentini təqdim edib.
Bu posta Seyidağa Babayev gətirilib. O, daha əvvəl “Zirə”də icraçı direktor və uşaq futbol akademiyasının koordinatoru vəzifəsində də çalışıb.
Seyidağa Babayev aşağı yaş qrupu üzrə Azərbaycan yığmalarında çıxış edib.

