“Zirə”nin futbolçusu Filipe Paxtman qarşıdakı mövsümü başqa klubda keçirə bilər.
Paytaxt klubu heç də onunla yolları ayırmağı düşünmür.
Klub rəhbərliyi braziliyalını icarəyə verməyi planlaşdırır.
Bir neçə klubla danışıqlar hazırda aparılır. Uğurla bitsə, Paxtman başqa kluba keçəcək.
23 yaşlı legioner 2021-ci ilin qışından “Zirə”də çıxış edir.
Tez-tez zədə alması ilə yadda qalan futbolçu ilə 2025-ci ilə qədər qüvvədə olan müqavilə var.
Əcnəbi hücumçu “Zirə” formasında meydana çıxdığı 16 görüşdə 1 qol vurub və 1 qol ötürməsi etməyi bacarıb.
XANOĞLAN / SPORTİNFO.AZ

