2021-ci ilin yanvarından “Zirə”nin formasını geyinən Nemanya Andelkoviçin durumuna aydınlıq gəlib.
“Qartallar” 25 yaşlı serbiyalı müdafiəçinin müqaviləsini yeniləməyib..
2.5 illik kontraktı qüvvədən düşmüş legioner Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor”da çıxış edib.
O, bu ilin yanvarında qarşılıqlı razılıq əsasında “Zirə”dən ayrılmışdı.
Nemanya buradan Rusiyaya yollansa da, “Kuban”la anlaşa bilməmişdi. Qəsəbə təmsilçisi onu bir də martda geri qaytarmışdı.
SPORTİNFO.AZ

