"Zirə"nin yarımmüdafiəçisi İlkin Muradovun gələcək karyerasına aydınlıq gəlib.
O, yenidən məxsus olduğu klubuna qayıdıb.
Bu barədə saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.
O, Muradovun onlara məxsus olduğunu və hazırda da yeni mövsümün hazırlıqlarında iştirak etdiyini bildirib.
Xatırladaq ki, bütün karyerası “Zirə” ilə bağlı olan orta xətt oyunçusu ötən mövsümün ikinci yarısını icarə əsasında “Səbail”də keçirmişdi.
Bayıl klubunda 15 görüşdə şans qazanan futbolçu 1 qol vurmağı bacarıb.
Əslində baş məşqçi Şahin Diniyev 27 yaşlı yarımmüdafiəçini sərəncamında görməkdə maraqlı olub.
Lakin tərəflərin danışıqları müsbət sonluğa çatmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

