"Zirə" 2 illik transfer etdi – RƏSMƏN AÇIQLANDI

24 İyun 2023 17:20 Zirə 1 430
"Zirə" 2 illik transfer etdi – RƏSMƏN AÇIQLANDI

"Zirə" yeni legionerlə anlaşıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Ruan Renatonu heyətinə qatıb.

29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Braziliyalı daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!