“Qəbələ”dən ayrılan Ruan Renatonun yeni klubu müəyyənləşib.
Son iki mövsümü əyalət təmsilçisində keçirmiş braziliyalı müdafiəçi “Zirə” ilə müqavilə imzalayıb.
“Qəbələ”dən 180 min dollar tələb etmiş 29 yaşlı legioner “qartallar”la 2 illik kontrakta imza atıb.
“Sambaçı” bu yay “Neftçi” və “Səbail”in də gündəmində idi. Həmçinin Polşa və Avstriya klubları ilə danışıqlar aparırdı.
Qəsəbə klubu Renatodan öncə “Qəbələ”dən Məqsəd İsayevlə 2 illik müqavilə bağlayıb.
“Qarabağ”dan İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə ilə birillik icarə sözləşməsi imzalanıb.
SPORTİNFO.AZ

