Rəşad Sadıqov: "Açığı, mən onun icarəyə verilməsini istəmirdim"

19 İyun 2023 19:00 Zirə 1 428
Rəşad Sadıqov: "Açığı, mən onun icarəyə verilməsini istəmirdim"

“Açığı, mən ötən il Cəlalın icarəyə verilməsini istəmirdim.

Sadəcə? oturub danışanda gördük ki, söhbət daha çox oynamaqdan gedir.

Bu il isə rəqabət böyük idi. Onun istəyin nəzərə aldıq ki, gedib daha çox oynasın”.

Bu fikirləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dilə gətirib.

O, ayrılıq qərarından sonra seçimin “Şamaxı” olmasını isə belə əsaslandırıb:

“Keçə il Cəlal komandadan ayrılanda təkliflər çox idi. Həm “Turan”, həm də “Şamaxı” onun xidmətində maraqlı idi.

Mənim seçimim “Turan”dan yana idi. Ancaq yekunda özü ilə oturub söhbət etdik və istədik ki, yekun qərar özünün ürəyincə olsun.

O da “Şamaxı”nı seçdi. Pis mövsüm keçirmədi. Təcrübə qazandı, oyun praktikası əldə etdi. Millinin bir çox oyunlarında iştirak etdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti