Məşqçi xarici klubla anlaşan futbolçusu haqda nələr dedi?

15 İyun 2023 19:00 Zirə 1 189
Məşqçi xarici klubla anlaşan futbolçusu haqda nələr dedi?

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstan təmsilçisi "Arda" ilə anlaşdı.

İlk dəfə legioner həyatı yaşayacaq müdafiəçinin müqavilə müddəti 3 illik nəzərədə tutulub.

İndi qalır 20 yaşlı arxa xətt oyunçusunun özünü Bolqarıstan klubunda yaxşı tərəfdən göstərib, daha güclü klublara keçməsi.

Görəsən, Cəlal bunu bacaracaq gücdədirmi?

Sorğumuza cavab almaq üçün uz tutduq gənc mütəxəssis Cavid Hüseynova.

Axı son mövsüm futbolçu "Şamaxı"da məhz onun rəhbərliyi altında oynayıb. Hər halda, Cəlalın son durumu ondan yaxşı bilən olmaz.

Çalışdırıcı yetirməsi haqqında aşağıdakıları dilə gətirib:

"Bu məsələ çempionatın gedişində də vardı. Bizə xəbər çatdığı andan isti qarşıladıq. Təklifi dəyərləndirməsinə yaxşı baxdım.

Çünki hər nə qədər gənclərimiz Avropya getsə futbolumuz üçün o qədər önəmlidir. Bunun ardı-arası kəsilməməlidir.

Cəlalı "Zirə"dən "Şamaxı"ya mən gətirmişdim. Onun potensialına, bacarığına, peşəkarlığına çox bələd idim.

Futbolçu dönəmində də bir yerdə çıxış etmişdik. Düzdü, onda çox gənc idi. Amma hirsi, qələbə istəyi, inkişaf etmək həvəsi görünürdü. Düzdü,

"Şamaxı"da tam olaraq potensialını açdığını düşünmürəm. Ancaq heç olmasa 20-30% üstünə qoya bildi. Bundan sonrakı inkişafı özündən asılıdır.

Orada özünü necə göstərməsi önəmli olacaq. Bolqarıstan Avropaya daha yaxındır. Oradan daha yaxşı klublara getmək ehtimalı yüksəkdir. Ümid edək ki, belə də olacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti