Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov "Zirə" ilə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.
Ruslan Abışov 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinib.
O, karyerasında "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və Rusiyada "Rubin" klubunun uğurları üçün də çalışıb.

