Ölkə kubokunu qazanan ”Qəbələ”ni tərk edənlərin siyahısı böyüməkdədir.
Braziliyalı hücumçu Rafael Utziqdən sonra Məqsəd İsyaev də “qırmızı-qaralar”la vidalaşıb.
Son iki mövsümü əyalətdə keçirmiş müdafiəçi klubun irəli sürdüyü maliyyə şərtləri ilə razılaşmayıb.
“Səbail”dən də təklif alan “Neftçi”nin yetirməsi üstünlüyü “Zirə”yə verib. O, qəsəbə təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
SPORTİNFO.AZ

