"Zirə"dən 30 min avroya satdığı yetirməsi üçün daha BİR ŞƏRT

1 İyun 2023 19:00 Zirə 1 357
"Zirə"dən 30 min avroya satdığı yetirməsi üçün daha BİR ŞƏRT

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun legioner həyatı yaşaycağı barədə məlumat vermişdik.

Gənc futbolçu Bolqarıstan təmsilçisi “Arda” ilə razılaşıb.

Bu transferdən onun məxsus olduğu Zirənin eyniadlı klubu 30 min avro gəlir əldə edib.

Paytaxt təmsilçisinin qazancı bununla da bitmir.

Belə ki, "Zirə" rəhbərliyinin istəyi ilə müqaviləyə başqa bir bənd də salınıb.

Həmin bəndə görə, əgər Cəlal "Arda"dan bir başqa kluba satıllarsa, gəlirdən "Zirə" də pay götürəcək.

20 yaşlı futbolçu son mövsümü icarə əsasında "Şamaxı"da keçirib.

O, 34 oyunda "şirlər"in formasın geyinib və 1 qol ötürməsi ilə yadda qalıb.

"Arda" son mövsüm Bolqarıstan liqasında 16 komanda arasında 8-ci pillədə başa vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti