"Ondan imtina etmək olmaz" - "Zirə"dən belə söylədilər

27 May 2023 15:00 Zirə 838
"Ondan imtina etmək olmaz" - "Zirə"dən belə söylədilər

"Çox yaxşı oyun oynadıq.

Meydanda yüksək temp var idi".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Sabah"la 0:0 başa çatan qarşılaşma haqda danışan "Zirə"nin müdafiəçisi Nemanya Andelkoviç deyib.

Serbiyalı legioner Masazırda qələbə qazana bilməmələrini qaçırılan qol şansları ilə əlaqələndirib:

"Çətin oyun oldu. Burada istifadə edilməyən fürsətlər oldu.

Həm bizim, həm də “Sabah”ın. Belədə qarşılaşmanı 0:0 hesabı ilə başa vurmalı olduq.

Lakin əlimizdən gələni edirik və avrokuboklara hələ də şansımız var. Ondan imtina etmək olmaz".

26 yaşlı balkanlı sonuncu tur öncəsi heç bir stress keçirmədiklərini sözlərinə əlavə edib:

"Son tur hər şeyi həll edəcək. Sumqayıta qələbə üçün gedirik.

Belə məqamda bizdə heç bir stress yoxdur. Son turda yalnız müsbət nəticəyə ümid edirik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti