Rəşad Sadıqova bir yaxşılıq elə…

24 May 2023 16:00 Zirə 666
Rəşad Sadıqova bir yaxşılıq elə…

Mən artıq şübhə etmirəm - mövsümlərarası fasilənin ən böyük islahatı «Zirə»də olacaq.

Mövcud komandadan gələn mövsümə 5-6 nəfər qalar, ya qalmaz.

Səbrin də bir həddi, hüdudu var. Onun da tükənən yeri gəlib çatıb.

Avrokuboklara üç vəsiqənin sahibi bilinir. Dördüncü biletin iki namizədindən biri «Qəbələ», digəri «Zirə»dir.

Aralarında ağır «döyüş» gedir. Aralarındakı xal fərqi 2-dir.

Maraqlı budur, son iki turda heç biri qələbə qazana bilməyib. «Qəbələ» evdə «Turan Tovuz»a uduzub, səfərdə «Şamaxı» ilə heç-heçə oynayıbsa, zirəlilər «Kəpəz» və «Sabah»dan 1 xalı ancaq alıb.

Halbuki əlavə 3 xal bəs idi ki, turnir cədvəlində yerdəyişmə baş versin, «Zirə»nin taleyi öz əlində olsun.

Bunu etməyən futbolçuların Rəşad Sadıqovun yanında dayanmağa nə işi var axı. O, bugünədək komandasının hər bir üzvünün arxasında dayanıb, problemlərinin həlinə köməklik göstərib.

Rəşad Sadıqov bu cür insandır - ona bir yaxşılıq elə, düzgün çalış, sənə tərəf on addım atacaq, əvəzini artıqlamasıyla qaytaracaq.

Belə məşqçiyə meydanda can da fəda eləmək olar. «Zirə»dəkilərin çoxu bu «imtahan»dan pis qiymət aldı və qovulmağa layiqdirlər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!