Azərbaycanlı qapıçı keçmiş klubunun yeni təklifinə "OKEY" VERDİ

22 May 2023 17:00 Zirə 2 368
Azərbaycanlı qapıçı keçmiş klubunun yeni təklifinə "OKEY" VERDİ

Millinin qapıçısı Emil Balayevin növbəti mövsümə hansı klubda başlayacağı məlum olub.

«Səbail»in yeni müqavilə təklifini qəbul etməyən kiper «Zirə»yə qayıtmağa üstünlük verib.

Canni De Byazinin yığmaya çağırdığı «əlcək sahibi» keçmiş komandası ilə 1+1 illik anlaşma şərtlərini razılaşdırıb.

Balayev 2019-cu ilin əvvəlində Qazaxıstandan – «Tobol»dan «qartallar»ın düşərgəsinə gəlib və həmin ilin yayında «Qarabağ»a keçib.

İlyarım öncə yenidən Qazaxıstana qayıdan qapıçı bu dəfə «Turan»la anlaşıb, lakin legioner həyatı qısa sürüb. O, ötən ilin yayından «Səbail»in uğurları üçün tər tökür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti