
"Zirə"nin müdafiəçisi Vild-Donald Gerye məşqləri bərpa edib.
Sportinfo.az xəbər verir ki, haitili zədəsini sağaldaraq kollektivə qoşulub.
Premyer Liqanın 28-ci turunun “Neftçi” (1:1) ilə görüşündə zədələnərək sıradan çıxmış Geryenin növbəti turda “Sabah”a qarşı oynaması gözlənilir.
Zədə səbəbindən komandanın legionerləri Filipe Paxtmann, Məhəmməd Hamdaui və Vladislav Kulaç mövsümü vaxtından əvvəl başa vurub.