
"Kəpəz"in müdafiəçisi Abdulla Rzayev Sportinfo.az-a açıqlama verib.
Gənc futbolçu ilk öncə Premyer Liqanın 34-cü turunda "Zirə" ilə bərabərə qaldıqları (1:1) matçı dəyərləndirib:
"Oyun yaxşı keçdi. İki tərəfin də qol epizodları oldu. Meydana qələbə üçün çıxmışdıq. Amma ən azı bir xal qazanmaq istəyirdik.
Rəqib üçün də qələbə vacib idi. Çünki avrokuboklara vəsiqə qazana bilərlər. Gərgin keçən görüşün ədalətli nəticəsi bərabərlik idi".
Rzayev sonda bu mövsüm üçün hədəflərinə çatdıqlarını və bundan məmun olduqlarını sözlərinə əlavə edib:
"Zirə" evdə yaxşı oynayır. Bu baxımdan çətin olacağını bilirdik. Amma şükürlər olsun ki, xal qazana bildik. Bununla da, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirmiş olduq".
XANOĞLAN