"Orxan Məmmədov futbolla yaşayan adamdır" - VİDEO

14 May 2023 11:30 Zirə 980
"Orxan Məmmədov futbolla yaşayan adamdır" - VİDEO

«Hansısa işi görürsənsə, o istək və yanğı səndə olmalıdır».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Zirə»nin və Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov idman sektorundakı fəaliyyətindən danışıb.

«Sabah»ın sabiq idman direktoru onun gördüyü işlərə böyük qiymət verib, Məmmədovun futbolla yaşadığını bildirib:

«Futbol elə sahədir ki, burada «9-da gəl, 6-da get» prinsipi keçmir. Futbolla yaşamaq lazımdır.

Orxan Məmmədovun KOB-un heyətində dövlət qurumları arasında keçirilən minifutbol turnirində vurduğu qolu görmüsüz. Həvəskar səviyyədə çox yaxşı futbol oynayır.

O, «Zirə» kimi bir layihənin başında dayanıb. Minifutbol kimi sahənin məsuliyyətini öz üzərinə götürüb. Futbol onun həyatının bir parçasıdır.

Futbolla yaşayan adamdır. Bildiyimə görə, özü də «Mançester Yunayted» azarkeşidir».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti