Rəşad Sadıqovdan eyhamlı sözlər: “Hər dəfə bir hadisə baş verir” - VİDEO

14 May 2023 01:10 Zirə 614
Rəşad Sadıqovdan eyhamlı sözlər: “Hər dəfə bir hadisə baş verir” - VİDEO

"Hər iki komanda sürətli oyun oynayıb, yaxşı mübarizə aparmağa çalışırdı.

Qələbəyə köklənmişdik və qalib gəlmək istəyirdik. Amma alınmadı, həyata keçirə bilmədik.

Planlaşdırmadığımız şəkildə növbəti 2 xal itirdik. Buna görə məyusuq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 34-cü turunda "Kəpəz"lə evdə heç-heçə etdikləri matçdan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

O, diqqətli olmadıqları üçün qələbə qazana bilmədiklərini bildirib:

"Qələbə üçün hücumda dəqiqlik, müdafiədə daha diqqətli oynamaq çatmadı. Qapı dirəyindən qayıdan zərbəmiz, vurduğumuz qolun ələ toxunması...

Bütün həftə ərzində əsas təhlil etdiyim rəqibin standart vəziyyətlərdən vurduğu qollar idi. Səhv etmirəmsə 4 və ya 5 qolları var. Bununla bağlı çox danışmışdıq. Hətta oyundan əvvəl də "Turan Tovuz"a buraxdığımız qolu göstərib, təhlil etdik. Bilirdik ki, rəqib bu məqamlarda təhlükəlidir. Amma təəssüflər olsun ki, futbolçular bu məsələdə tapşırığımı diqqətə almayıb və belə boşluq yaratdılar. İlk hissənin sonunda qol buraxmağımız qələbəmizə mane oldu".

Sadıqov futbolçusu Vladislav Kulaçın zədələnməinə toxunub: "Əgər hücumda əsas qol silahın zədələnib, meydanı tərk edirsə, bu, böyük itkidir. Həm psxiloji, həm də oyun keyfiyyəti baxımından. Onun kimi təcrübəli oyunçu gəldi, zədələndi. İndi də mövsümün sonunda yenə zədələndi. Ümumiyyətlə, hər dəfə "Kəpəz"lə keçirdiyimiz bütün oyunlarda bir hadisə baş verir".

Mütəxəssis Konfrans Liqasına vəsiqə qazanmaq şansları barədə də danışıb: "Biz bu məsələni müzakirə etmişik və nəzərə almışıq ki, avrokuboklara getməyimiz alınmaya bilər. Müəyyən xal itkilərindən sonra zatən durumumuz çətin idi. Amma yenə də sona qədər mübarizə aparmağa çalışırıq. Bu gün "Kəpəz"i məğlub edib, növbəti turda qarşılaşacağımız rəqibi basqı altında saxlamaq olardı. Amma bu oyunda xal itiririksə, qələbə qazana bilmiriksə, bu rəqibə üstünlük verir. Vəziyyətimiz onsuz da çətin idi, bu xal itkisi lap çətinləşdirdi".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda