O söz…

13 May 2023 15:00 Zirə 577
O söz…

«Zirə» qəsəbədə «Kəpəz»lə 1:1 etməklə, avrokuboklara vəsiqə şansını lap azaltdı.

Artıq hər şey möcüzəyə bağlıdır.

Gerçəyi demək lazımdırsa, Rəşad Sadıqovun hələ həftələr öncə bunu qəbullanması görünür. Bu gün o, seçim edir.

İki həftə sonra kimlərə yeni müqavilə təklif eləyəcək, kimləri yola salacaq deyə. Hiss olunur, beynində müəyyən fikirlər var və qərarını qətiləşdirməyə çalışır.

Fərid Hacıyev oyunboyu «Zirə»nin lehinə verdiyi iki qərardan imtina etdi. Referi VAR hakimlərinin sözüylə öncə qolu qeydə almadı, son dəqiqələrdə isə penaltidən vaz keçdi.

Rəşad Sadıqov bu qərarlara əsəbiləşmədi. Nə hirsi yığılıb qalmışdısa, hamısını futbolçuların üstünə tökdü.

Söymədi, vurmadı, əzmədi - bunu etsəydi, daha yaxşı olardı. Tənəli baxışları və işlətdiyi tənqidi sözlərlə onları utandırmaq istədi.

Səhvin də limiti olmalıdır. «Zirə»li futbolçular hər oyunda xətaya açıqdır. Birindən onbirinə kimi. Bir komanda standart epizodlardan təkrar-təkrar qol yeyirsə, onun müdafiə xətti büsbütün dəyişməlidir.

Yüz faiz, Sadıqov hər gün futbolçularına səhvlərini izah edir, başa salır. Kimə deyirsən, başa düşmürlər də. «Aykü»ləri çox aşağıdır, sözlü və praktiki izah çatmır bunlara çatmır.

Son saniyələrdə topu irəli göndərmək əvəzinə arxaya ötürən futbolçuların düşüncə tərzinə o söz…

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!