«Zirə»nin əvəzedici komandanın baş məşqçi postu boşalıb.
Bir neçə ildir qəsəbə klubunda işləyən, başa çatan mövsümdə isə «dubl»u çalışdıran Hacı Əhmədov buranı tərk edib.
Əvəzedicilər Liqasında dördüncü yeri tutan «qartallar»ın sükançısı bundan sonra «Şəfa»da fəaliyyət göstərəcək.
Zaqataladan olan gənc mütəxəssis 21 ildən sonra Premyer Liqaya qayıtmış «ağ-göylər»in əsas komandasında Zaur Həşimovun köməkçisi olmağa razılaşıb.
Bu da təsadüfi deyil.
Əhmədovun məşqçilikdə yüksəlişi Həşimovla əlaqədardır. İkinci «Zirə»nin akademiyasına başçılıq etdiyi son 4-5 ildə onu daim irəli çəkib, bir sözlə, yetişdirib.
SPORTİNFO.AZ

