Rəşad Sadıqov "Neftçi"ni neçə çözdü və ya riyazi hesablama

9 Dekabr 2022 17:40 Zirə 372
Rəşad Sadıqov "Neftçi"ni neçə çözdü və ya riyazi hesablama

«Zirə»nin builki məqsədi avrokuboklara vəsiqə qazanmaqdır.

Həmişə olduğu kimi, kubok Biləcəridən o tərəfə çıxmağın ən qısa yoludur.

Kor püşkün tərsliyindən, «Zirə» hər il «Neftçi» ilə qarşılaşmalı olur. Artıq sayını itirmişəm.

Rəşad Sadıqovun komandası ötən mövsüm yarımfinalda bu rəqibə qalib gəldi, finala yüksəldi. İndi isə tərəflər ¼ final mərhələsində üz-üzə gəlir.

Cütün ilk matçını «Zirə» qazandı. Evdə oynamasına baxmayaraq, birinci dəqiqədən böyük qüvvə ilə irəli atılmadılar.

Ehtiyatı əldən vermədilər. «Neftçi»nin orta sahəni ələ keçirməsinə qəsdən imkan yaratdılar, amma basqı qurmasına çoxşaxəli hücumlar təşkil etməsinə göz yummadılar.

Qonaqların cərimə meydançasına sərbəst daxil olmasını önlədilər, «çəpər» çəkdilər. Bu taktika keçdi.

Kubok oyunlarının öz qaydaları var. Burada hər şeyi gözəl oyun həll eləmir.

Gözəl oynaya, 90 dəqiqəni hücumda keçirə bilərsən, qol və ya qollar vurmasan, cavab qarşılaşmasında işin fırıq olacaq.

Həddini bilərək nəticəyə oynamaq fərasət istəyir. Rəşad Sadıqov bu fərasətin yiyəsidir.

Komandasının statistik göstəriciləri üzərindən o qədər riyazi hesablamalar aparıb ki…

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı