"Zirə" təcili 4-5 transfer etməsə…

13 Avqust 2022 09:40 Zirə 1 159
"Zirə" təcili 4-5 transfer etməsə…

Mövsüm yeni başlayıb, amma «Zirə»də o qədər problem var…

Zədəlilərin çoxluğu öz yerində, yetərsayın olmaması başda gəlir.

Rəşad Sadıqov futbolçu azlığından əziyyət çəkir. Kimi gəldi, götürmür. Gəlməsini istədiyi legionerlər isə təklif olunan məbləğə yaxın dayanmır.

Ehtiyat skamyaya göz gəzdirincə, bu sual səni məşğul edir: bu komanda Konfrans Liqasında «Makkabi» ilə İsraildə necə 0:0-a nail ola bilib?

Müdafiə və hücum xətti yox kimi. Hamidu Keyta meydanda deyilsə, bu, artıq sirenadır. Həyacan sirenası. Rəhim Sadıxovla Rüstəm Əhmədzadə komandanın gözünə qatılmasaydı, vəziyyət fəlakət doğurardı.

Rəşad Sadıqovun əlindəki pul bir az artırılsaydı, o, yəqin ki, problemin artan şiddətini zamanında önləyərdi. Klubun büdcəsini elə qoruyur ki… Üstündə «titiz-titiz» əsir.

«Zirə» bu aralar dönüş etməyə hazır deyil. rəqabət çox zəifdir. Oyunu çevirəcək futbolçuları saymağa dəyməz. Guya neçə nəfyər olarlar ki…

Yenə gəlib çıxırıq Rüstəmə, Rəhimə. Tək əldən isə səs çıxmır. Güclənmək baxımından «Sabah»ın çox gerisində qalan «Zirə»yə təciili «təzə qan» vurulmalıdır.

Ən azından, 4-5 transfer edilməlidir.

Ötən həftə bəxtləri gətirdi, 10 nəfərlə «Kəpəz»i məğlubiyyətə uğratdılar. O da son dəqiqə qolu ilə. Şans isə həmişə gətirmir.

Bəxt də, adətən, güclünün tərəfində olur. «Zirə»nin o gücdə olmadığını, heyət sarıdan hərtərəfli korluq çəkməsini geridə qalan iki tur birmənalı şəkildə gözlər önünə sərdi.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti