"Zirə"də Müşahidə Şurası yaradıldı, Orxan Məmmədov sədr seçildi - FOTOLAR

5 Avqust 2022 18:00 Zirə 597
"Zirə"də Müşahidə Şurası yaradıldı, Orxan Məmmədov sədr seçildi - FOTOLAR

"Zirə" PFK-da idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.

"Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib.

“AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerj” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.

Digər Xəbərlər
Xəbər Lenti