Rəşad Sadıqov: "Gələcəkdə bundan da yaxşı işlər görəcəyik" - VİDEO

29 İyul 2022 13:00 Zirə 491
Rəşad Sadıqov: "Gələcəkdə bundan da yaxşı işlər görəcəyik" - VİDEO

"Futbolçular hər iki matçda güclü rəqibdən çəkinmədilər və meydanda inamlı mübarizə apardılar., onlara təşəkkür edirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İsraildə "Makkabi" (Təl-Əviv) ilə qolsuz heç-heçə etdikləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfrasında deyib.

"Zirə" Bakıdakı qarşılaşmada rəqibinə 0:3 hesabı ilə məğlub olub.: 40 yaşlı mütəxəssis maraqlı oyuna şahidlik etdiklərini bildirib:

"Makkabi"yə qarşı səfərdə oynamaq həmişə çətindir. Rəqibdə və bizdə qol şansları oldu, amma hesab açılmadı.

İlk oyundakı bəzi səhvlər həlledici idi. İlk görüşün Bakıda olması rəqibə əlavə üstünlük yaratdı.

Amma "Makkabi"nin haqqını vermək lazımdır. Çox yaxşı baş məşqçiləri və heyətləri var. Onlara qarşıdakı matçlarda uğurlar arzulayıram.

Biz isə öz yolumuza davam etməliyik. Bu iki oyun göstərdi ki, komanda daha böyük işlər üçün hazırdır. Gələcəkdə bundan da yaxşı işlər görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı