"Zirə" İsraildə "Makkabi" ilə bərabərə qaldı

28 İyul 2022 23:18 Zirə 853
"Zirə" İsraildə "Makkabi" ilə bərabərə qaldı

"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində cavab görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşıb.

Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılan qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

\Oyuna yaxşı başlayan "qartallar" bir neçə epizodda rəqibə təhlükə yaşadıb. Əvvəlcə Rüstəm Əhmədzadə əlverişli fürsəti əldən verib.

Az sonra Hamidu Keyta 2 müdafiəçini keçib qapı istiqamətində zərbə endirsə də, top dirəyin üstündən keçib. Ardınca isə Coşqun Diniyevin uzaq məsafədən qüvvətili zərbəsində azacıq dəqiqlik çatmayıb.

Hissənin sonlarına doğru fəallığı artıran meydan sahibləri Brendli Kuvasla qola yaxın olsa da, müdafiəçilər təhlükəni sovuşdura biliblər.

İkinci yarı da qarşılıqlı hücumlarla başlayıb. 50-ci dəqiqədə Əhmədzadənin başla vurduğu top qapının üstündən keçib.

7 dəqiqə sonra Kuvas Mehdi Cənnətovla üzbəüz qalsa da, qolkiper qola imkan verməyib.

74-cü dəqiqədə Azərbaycan millisinin qapıçısı növbəti dəfə komandasını qoldan xilas edib. "Makkabi" son dəqiqələrdə təzyiqi artırsa da, oyunda qol vurulmayıb.

Beləliklə, "Zirə" Bakıdakı ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzduğundan Konfrans Liqasında mübarizəni dayandırıb.

28 iyul

"Makkabi” (Təl-Əviv, İsrail) – “Zirə” (Azərbaycan) 0:0

Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya).
Təl-Əviv, “Blumfild” stadionu.
İlk oyun – 3:0

Makkabi: 1. Daniel Perets, 4. Enrix Saborit, 5. İdan Naxmias, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 21. Şeran Yeyni, 23. Eyal Qolasa, 28. Andre Geraldes, 77. Matan Hozez, 99. Corce Yovanoviç.
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 6. Den Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 27. Ofir Davidzada, 30. Maor Kandil, 32. Dor Turgeman, 37. Oskar Qlux, 66. Nir Biton.
Baş məşqçi: Vladimir İviç.
Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 26. Nemanya Ancelkoviç, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 2. Sərtan Taşkın, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 13. Ramin Əhmədov, 47. Məhəmməd Hamdui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov.
Baş məşqçi: Rəşad Sadıqov.

Digər Xəbərlər
Xəbər Lenti