"Makkabi"nin kapitanı: "Zirə"nin təhlükəli oyunçuları var"

28 İyul 2022 18:10 Zirə 665
"Makkabi"nin kapitanı: "Zirə"nin təhlükəli oyunçuları var"

"Bu oyun bizim üçün çox vacibdir və diqqətimizi bir nöqtəyə cəmləməliyik".

Sportinfo.az xəbər verir ki, bunu "Makkabi"nin (Təl-Əviv) kapitanı Şeran Yeyni evdə "Zirə"yə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

36 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisinin heyətində təhlükəli oyunçular var: "Biz ilk oyunu təhlil etmişik və səhvlərimizi düzəldəcəyik.

Bu, həm fiziki, həm də taktiki baxımdan inkişaf etməyimiz üçün önəmli qarşılaşmadır".

İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Xəbər Lenti