Rəşad Sadıqov "Blumfild"də iş başında - FOTOREPORTAJ

28 İyul 2022 02:40 Zirə 1 514
Rəşad Sadıqov "Blumfild"də iş başında - FOTOREPORTAJ

"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Makkabi"nin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda Təl-Əvivdə son məşqə çıxıb.

"Blumfild" stadionunda baş tutan hazırlıq prosesində əsasən müxtəlif taktiki tapşırıqlar üzərində iş aparılıb.

Sadıqov görüşlə bağlı bunları deyib: "Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur.

İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq.

Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik.

Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq".

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu