"İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir" - Rəşad Sadıqov

27 İyul 2022 21:30 Zirə 520
"İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının II təsnifat mərhələsində israildə "Makkabi"yə (Təl-Əviv) qarşı cavab oyunu barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında sabahkı görüşlə bağlı bunları deyib:

"Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız son matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq".

Təl-Əvivin "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Komandalar arasında Bakıda keçirilən ilk oyunda İsrail klubu 3:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti